Akif Nağı: “Şəhid ailələrinə verilən ödənişin 300 manata çatdırılması olduqca təqdirəlayiq hadisədir”

"Ölkə başçısının imzaladığı yeni fərman olduqca təqdirəlayiqdir”.
"Sherg.az” xəbər verir ki, bu sözləri Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.
QAT sədri prezidentin şəhid ailələrinə verilən məvacibin artırılması ilə bağlı fərmanını müsbət qarşıladığını bildirib:
"Əvvəlcə şəhid ailələrinə 11 manat vəsaitin verilməsi ilə bağlı Prezidentin qərarı oldu. Bütün bunlar ictimaiyyətdə də böyük rəğbətlə qarşılanır. Şəhid ailələrinə verilən ödənişin 300 manata çatdırılması isə olduqca təqdirəlayiq hadisədir. Şəhid ailələri, Qarabağ qaziləri və məcburi köçkünlərin hamısı müharibə qurbanlarıdır. Bu kateqoriyadan olan insanlar daim dövlətimizin diqqətindədir. Xüsusilə şəhid ailələrinə diqqət olmalıdır. Hesab edirəm ki, son fərman olduqca əlamətdar bir haldır və bu məvacib tədricən artırılmalıdır”.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün artırılması haqqında fərman imzalayıb. Fərmana əsasən şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib.
Yeganə Bayramova