Qar çovğununda 240 yaşayış məntəqəsi ilə əlaqə kəsildi

Rusiyanın Altay bölgəsinə yağan qar bir neçə kəndi ətraf şəhər və qəsəbələrdən tam təcrid edib.

“Kommersant” bölgənin Fövqəladə Hallar Nazirliyində istinadən xəbər verir ki, hazırda ətraf ərazilərlə əlaqəsi kəsilən kəndlərə avtomobil karvanı ərzaq daşıyır. 

Avtomobillərin gedə bilmədiyi əraziyə isə ərzaq aeroxizəklə daşınır. Son məlumatlara əsasən, köməyə ehtiyacı olan 240 yaşayış məntəqəsindən yalnız 24-nə hələlik yardım çatdırmaq mümkün olmayıb.

Qeyd edək ki, sinoptiklər ötən həftə Altay bölgəsində qar fırtınası olacağı haqqında xəbərdarlıq  ediblər. Regiondn yerləşən 10 magistral yolda bütün növ nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulub.