“Parlamentdəki yeni seçimlər uğurludur” - Açıqlama

“Milli Məclis bu tərkiblə və rəhbərliklə tarixinin ən yüksək və müsbət dövrünü yaşayacaq”.
Bunu “Sherg.az”a açıqlamasında YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədr müavini Fuad Heydər deyib.
Gənc fəal bildirib ki, parlamentdəki yeni seçimlər uğurludur: 


Yeni seçilən spiker Sahibə xanım Qafarova təhsil və elm adamıdır, ictimaiyyətdə kifayət qədər tanınmış simadır. Sədr müavini Adil Əliyev də daim gənclərin yanında olan, onlara dəstək çıxan hörmətli millət vəkilimizdir. Digər deputatlar da seçicilər üçün faydalı ola biləcək şəxslərdir. Hər birinə fəaliyyətlərində uğurlar arzulayıram”.