Azərbaycanda iri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti bərpa olunub


Bu gündən Azərbaycanda iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunur.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilir.

Qərara əsasən, bununla belə, iri ticarət mərkəzlərinin və “Mall”arın nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanları fəaliyyət göstərməyəcək.