Türkiyə Türk Ocaqlarından dəstək BƏYANATI: "Qardaş Azərbaycanın yanındayıq!"

Türkiyə Türk Ocaqları Genel Başkanı, professor Mehmet Öz  dünya türklərini Azərbaycanın haqq savaşında yanında olmağa səsləyən bir sıra müraciət və bəyanatlar verib.

"Sherg.az" "turkocagi.az" a istinadən bəyanatı ölduğü kimi təqdim edir.

SSRİ-in dağılma prosesi əsnasında arxasındakı qüvvələrin köməyi ilə Qarabağ və ətraf rayonları işğal edən Ermənistan 27 sentyabr 2020-ci il səhər saatlarında növbəti dəfə hüdudlarından kənara çıxaraq hücuma cəhd edib. Azərbaycan torpaqlarına edilən bu hücumda yalnız hərbi elementlər deyil, mülki şəxlər də hədəf alınıb. Tərtərin Qapanlı, Ağdamın Çıraqlı və Orta Qərvənd,  Füzulinin Alxanlı və Şükürbəyli, Cəbrayılın Cocuq Mərcanlı kəndlərində güclü bombardman baş verib.

 Naftalan rayonunun Qaşaltı kəndində bir ailənin 5 üzvü həlak olub. 19 mülki şəxs isə yaralanıb. Məhz buna görə də Azərbaycan ordusu cəbhəyə yaxın ərazilərdə yaşayan vətəndaşların təhlükəsizliyini təmin etmək üçün əks-hücuma keçib. Ermənistan ordusu cəbhə bölgəsində çalışan türk jurnalistləri də hədəf alıb. Qapanlı kəndi yaxınlığında çəkiliş edən "AA"və "TRT" komandası  hücumdan son anda xilas olub. Qəhrəman Azərbaycan Ordusu hədlərini aşanlara layiq olduqları cavabı verməyə davam edir. Dağlıq  Qarabağdakı qondarma rejimin  "prezidenti"nin fəryad səsləri yüksəlməkdədir.  

Əziz, türklər

Məlum olduğu kimi Sovet ittifaqında qəssab Stalinin hakimiyyəti dövründə  Azərbaycan sərhədləri daxilində yerləşən Dağlıq Qarabağda  “Erməni muxtar vilayətinin” yaradılması qərarı alındı. Bunun üçün müxtəlif yerlərdən çox sayda erməni gətirilərək burada yerləşdirildi. Sosializm maskasını taxan Stalin təxminən yüz il əvvəl Rəvanı “İrəvan” edən çarların siyasətini izləməkdən başqa bir şey etmədi. Sovet İttifaqı zəifləməyə başlayanda ermənilər Qarabağı Sovet Azərbaycanından Sovet Ermənistanına ötürmək üçün müharibəyə başladılar. Rusların da dəstəyini alan ermənilər 1991-ci ildə Xankəndini, 1992-ci ildə Şuşa və Xocalını  işğal etdilər. Daha sonra Laçını, Xocavəndi, Kəlbəcər və Ağdərəni ələ keçirən ermənilər 1993-cü ildə Ağdama girdilər. Ağdamı, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan vilayətlərini işğal etdilər. Bu dövrdə ermənilər Azərbaycan türklərinə qarşı qırğınlar törətdilər. Xocalıda soyqırımı törədildi. Azərbaycan ərazisinin 20 faizi işğal olundu. Bir milyona yaxın Azərbaycan türkü yaşayış yerini tərk etməli oldu.

Bu məsələnin həlli üçün Sovetdən sonra qurulan  Müstəqil Dövlətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində cəhdlər  göstərilsə də, Ermənistan məsələnin dinc yolla həllinə mane oldu. Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi Minsk qrupu 1992-ci ildən bəri fayda verməyən işlər görür.

Rusiya Ermənistanın silahlanmasında mühüm rol oynadı. İran və Rusiya strateji maraqları üçün işğalçı Ermənistanın tərəfini tutdu. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Rusiyanın 2010-2018-ci illər arasında Ermənistana 50 min tondan çox silah göndərdiyini açıqladı.

Türkiyə və türk milləti bu mövzuda həm tarixi həm də  beynəlxalq hüquqa görə Azərbaycan Respublikasının yanındadır və yanında olmağa davam edəcək.

Prezidentimiz və dövlət rəsmiləri son olaylarda bu duruşumuzu bir daha açıq şəkildə nümayiş etdirdilər. TBMM-də dörd partiya qrupunun dəstək bəyanatı yayımlaması sevindirici haldır.

Şübhəsiz ki, son hücumlarda özünə layiq görülən maşa rolunu qəbul edən Ermənistan həm öz xalqının, həm də ətrafdakı digər xalqların dincliyini və əmin-amanlığını pozan hərəkətlərini görməzdən gəlməyə çalışır, Türkiyə və Azərbaycanı ittiham edir.  Məhz keçmiş prezidentləri Xocalıda törətdikləri soyqırımla bağlı açıqlamasında bilərəkdən mülki əhalini hədəf aldqılarını açıqlamışdı.  Bu gün  haqsız yerə  işğal olunmuş Azərbaycan Torpaqlarındakı mövqelərdən cəbhə xəttindəki yaşayış məntəqələrinə hücüm etməkdə qəbahət görməyən bu pirat dövlətə həddi bildirilməkdədir .

Türk ocaqları olaraq Türk dövlətlərini Azərbaycanın yanında olmağa çağırırıq. Məmnuniyyətlə bildirmək istəyirəm ki, yaxın günlərdə Türk Şurasının baş katibi Bağdad Əmrəyev  bu məsələdə  Azərbaycanın yanında olduğu mesajını verdi. Çünki bizlər dost və müttəfiq ölkələr deyilik, biz  qardaşıq.

Yaşasın, Türk dövlətlərinin həmrəyliyi, var olsun can Azərbaycan!