Dirəndikcə itkiləri hesaba gəlməyəcək

Paşinyan Azərbaycanın böyük üstünlüyünə rəğmən müqavimət taktikası seçməklə Ermənistanı tamam diz çökdürəcək

Politoloq: "Həyasız ermənilər vaxt gələcək, onun özünü də hesaba çəkəcəklər. Ölkədən qaça bilməyən Paşinyanı uzunmüddətli həbsxana həyatı gözləyir"


“Sonuncu əsgərə qədər müharibə” - Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmasını bu şüarla ifadə edir. Rusiyanın “Vestnik Kavkaza” nəşri vurğulayıb ki, Paşinyanın Azərbaycanın hərbi üstünlüyü şəraitində bu cür müqavimət taktikasını başa düşmək çətindir. Yəqin ki, erməni nazir ABŞ-da lobbiçilər tərəfindən separatçılara dəstək əldə etmək üçün vaxt udmaq istəyir. Amma indi orada prezident seçkiləri kampaniyası həlledici mərhələsindədir, ona görə Yerevana Amerikada erməni diasporunda tammiqyaslı kömək gözləməyə dəyməz.

Nəşr yazıb ki, Paşinyan seçim qarşısındadır - Ya Qarabağın müddətsiz işğalında mənasız israrı davam etdirməli, ya da işğalın bitirilməsi ilə bağlı danışıqlara başlamalı, bununla da insan ölümünün qarşısını almalıdır. Belə görünür ki, baş nazir birinci variantı seçir, çünki Qarabağ cəbhəsində hadisələrin dinamik inkişafı, siyasi liderlərin və klanların özünməxsus eyforiyası qonşularla sülh məsələsini arxa plana keçirib.

Amma bu yolla da Ermənistan rəhbərliyi Qarabağ böhranının Ermənistanın özündə kəskin sosial problemlərə səbəb olacaq şərait yaradır. Yaxın gələcəkdə dövlət strukturlarının yarana biləcək böhranı humanitar tənəzzülə çevrilə bilər.

Nəticədə Yerevan beynəlxalq təcridə düşə bilər. Paşinyan öz xalqını mafioz strukturlara qurban verməklə həm yaxın tərəfdaşlarını, həm də çoxmilyonlu diaspor nümayəndələrini itirməklə qarşı-qarşıyadır. 

Ukraynalı hərbi ekspert Yuri Podolyaka da bildirib ki, Ermənistan uzunmüddətli müharibə aparmaq imkanında deyil. O qeyd edib ki, bu günlərdə Ermənistan silahlı qüvvələrinə məxsus silah anbarının Azərbaycan tərəfindən məhv edilməsindən sonra Ermənistanda ciddi silah çatışmazlığı hiss olunur və bu gün yenidən böyük həcmdə silahın gətirilməsi olduqca çətin məsələdir.

Bu, əlbəttə ki, Azərbaycan tərəfinin üstünlüyüdür. Podolyaka vurğulayıb ki, müharibənin uzanması Ermənistan üçün məhv olmaq deməkdir, çünki müharibə hər şeydən əvvəl böyük maliyyə tələb edir: “Biz başa düşürük ki, Ermənistanın büdcəsi bu xərclərə tab gətirə bilməyəcək. Müxtəlif hesablamalara görə, müharibəyə gündəlik təqribən 50 milyon dollar sərf olunur və təbii ki, Ermənistanın bu qədər pulu tapması sadəcə real görünmür. Ermənistan üçün müharibənin uzanmasının digər kritik tərəfi insan amilidir. Hər gün itirilən əsgərlərin yerini doldurmaq üçün bu qədər yeni əsgəri haradan tampaq olar?”.

Podolyaka bəyan edib ki, Azərbaycan tərəfi mənəvi cəhətdən itkilərə hazırdır: “Bu onlar üçün yalnız azadlıq müharibəsi hesab edilmir, həm də bir qəhrəmanlıq mübarizəsidir, döyüşlərdə həlak olanlar qəhrəman sayılır.

Ermənistan cəmiyyətində isə belə əhval-ruhiyyə müşahidə etmirəm. Buradan bir nəticəyə gəlirəm ki, uzun müharibə üçün Ermənistanın sadəcə olaraq əsgəri çatmayacaq. Azərbaycanda vəziyyət yaxşıdır və gündə 50 milyon, hətta 100 milyon dollar da xərcləyə bilər”. 

Yerevan hökumətinin ikili oyunlarını “Şərq”ə dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib ki, erməni həyasızlığı artıq Rusiya ictimaiyyətində, siyasi dairələrdə də hiddətə səbəb olmaqdadır. Analitik vurğulayıb ki, ermənilər o qədər həyasızlaşıblar ki, rusların da Azərbaycana qarşı döyüşməsini tələb edirlər: “Ermənilər nankor olmaqla yanaşı, həm də arsız millətdir.

Xəstə təfəkkürə malik ermənilər öz ambisiyaları uğrunda istənilən addımı atmağa, yaxın tərəfdaşlarını belə satmağa hazırdırlar. İşğalçı erməniləri Cənubi Qafqaza yerləşdirən, onlara özgə torpağından “pay” verənlər məhz ruslar olub. Ona görə də ermənilərin Moskvanın üzünə ağ olması Kremli qəzəbləndirir.

Paşinyanın intellekti sıfırdır, siyasətdən anlayışı yoxdur. İndiyə kimi bütün addımlarını nəticəsini hesablamadan atıb, sərsəm bəyanatlar səsləndirib. Öz ambisiyaları uğrunda verdiyi absurd qərarların cəzasını indi çəkməkdədir.

Azərbaycan Ordusu bir aydır düşmənə elə dərs verir ki, bundan sonra Ermənistanın dirçəlməsi illər çəkəcək. Hərb meydanında biabırçı məğlubiyyət yaşayan Paşinyan nə qədər ağılsız olsa da, faciəli sonun fərqindədir. Ancaq yenə də məntiqsizcə dirənir, erməni gənclərini, hətta qocaları, qadın və uşaqları cəbhəyə ölümə göndərir, onları yad torpaq uğrunda savaşa məcbur edir”.

Q.Hüseynlinin sözlərinə görə, Paşinyan vəzifə düşkünüdür, kreslosunu qoruyub saxlamaq, ən azından acı məğlubiyyətin hesabını verməkdən qaçmaq üçün min cür yola baş vurur:

“Gah Rusiyanı tənqid edərək, anti-Moskva təbliğatı apararaq ABŞ-dakı erməni lobbisinə “göz qırpır”. Gah da KTMT-ni müharibəyə cəlb etmək üçün yollar axtarır.

Ermənilər onsuz da bədbəxt toplumdur, Paşinyan isə öz addımları ilə onları tamamilə məhvə sürükləyir. Anlamır ki, həyasız ermənilər vaxt gələcək, onun özünü də hesaba çəkəcəklər.

Ölkədən qaça bilməyən Paşinyanı uzunmüddətli həbsxana həyatı gözləyir. Siyasi böhran içində olan Ermənistan cəmiyyəti qaynamaqdadır. Bu böhran gec-tez Paşinyanın başında çatlayacaq”.