Afərin, doktor!!!

Həm müalicə edir, həm də fleyta çalaraq xəstə uşaqları sevindirir

Kayseri şəhər xəstəxanasında 3 il əvvəl fəaliyyətə başlamış Uşaq Palyatif Qulluq şöbəsində çalışan 13 illik tibbi təcrübəyə malik uzman doktor Adəm Dursun uşaqları həm müalicə edir, həm də onlar üçün fleyta çalaraq  əhval-ruhiyyələrini yüksək tutmağa səy göstərir. Doktor, “məqsədimiz uşaqların qalan ömürlərini keyfiyyətli, rahat bir şəkildə yaşamalarına dəstək olmaqdır.

Elə körpələr var, oksigen cihazına bağlı halda yatır, tərpənə bilmir. Belə halda onlara nəyləsə dəstək olmaq, sevindirmək gərəkdir. Mən əlimdən gəldiyi qədər kömək etməyə çalışıram, fleyta çalıram. Sevgi, hər körpənin qeyd-şərtsiz haqqıdır” deyir. 

Uşaq Palyatif Mərkəzində 3 həkim və 9 tibb bacısı çalışır. Burada ağır xəstəliyi olan körpələr (spinal muskulyar atrofiya, serebral palsi, müxtəlif xronki xəstəliklər ) müalicə olunur. Körpələrə yardımçı xadimələr və tibb bacıları qulluq edir.

Tibb bacıları körpələrlə müxtəlif oyunlar oynayır, doktor Adəm Dursun isə fleyta çalaraq əhvallarını yüksək saxlamağa səy göstərir. 

“Tibb bacıları və həkimlərlə xəstə körpələr arasında möhkəm bağlar yaranır. Ata-analarını görəndə sakit, səssiz qalan körpələr həkim və tibb bacılarının az qala boyunlarına sarılmaq istəyirlər.

Onlar xroniki xəstəlikləri olan körpələrdir. Onlar bu xəstəlikləri özləri seçməyib. Xəstələnmələrində bu körpələrin heç bir günahı yoxdur” deyən doktor Dursun əlimizdən gəldiyi qədər bu körpələrə haqq etdikləri sevgini verməyə  çalışırıq” söyləyib.