Tarixçi-alim: “Prezidentin tutarlı cavabları qarşısında Paşinyan sayıqlamağa başladı”

“Azərbaycan Prezidenti İlham Əliyev erməni baş nazirə dərs verdi”. Bunu Sherg.az-a açıqlamasında tarixçi-alim Dilavər Əzimli deyib. 

Tarixçi bildirib ki, tutarlı cavablar qarşısında Paşinyan sayıqlamağa başladı və iddia etdi ki, Qafqazda Azərbaycan olmayıb: 

“Halbuki Qafqazda ermənilərin gəlmə olduğunu Rusiya və Avropa tarixçiləri də yazırlar. Qafqazda ermənilər kimi ləyaqətsiz və murdar mentalitet yoxdur. Erməniləri bizim torpaqlarımıza yerləşdiriblər. Onların tarixi Ərməniyyəyə heç bir dəxli yoxdur. Ermənilərin murdar xisləti barədə dünya arxivlərində çoxlu sənədlər var. Kim güclüdürsə, daim onlara qulluq ediblər. Lakin artıq erməniləri himayə edənlər yox olmaqdadır. Az qalıb, çox az qalıb. Tezliklə dərslərini alacaqlar. Azərbaycan öz torpaqları uğrunda tezliklər savaşa başlayacaq. Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq dövlət və milli maraqlar olan yerdə həmişə ölkə rəhbərliyinin yanındayıq. Dövlət və milli maraqlara qarşı gedənlər qarşılarında bizi görəcək”.