Fuad Babayev: “Bu, diplomatiyamızın mühüm nailiyyəti kimi yadda qalacaq”

“Müzakirələr Azərbaycanın qələbəsi ilə başa çatdı və bu, diplomatiyamızın mühüm nailiyyəti kimi yadda qalacaq”.  Bunu Sherg.az-a açıqlamasında politoloq Fuad Babayev deyib. Siyasi şərhçi bildirib ki, müzakirələri izləyən hər kəs bunu təsdiqləyə bilər: 

“Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak etdiyi müzakirələri diqqətlə izlədim. Müzakirələr Bakının mühüm qələbəsi kimi yadda qalacaq. Prezidentin tarixə etdiyi yığcam ekskurs Ermənistanın işğalçı siyasətinin ifşası üçün olduqca vacib idi. Dövlət başçısı Ermənistanın Azərbaycana qarşı 1980-ci illərin sonlarında başlanmış təc avüzü nəticəsində baş verənlər haqqında da danışdı. 300 min azərbaycanlının Ermənistan ərazisindən deportasiya olunması, 1990-cı illərin əvvəlində ərazilərimizin təxminən 20 faizinin işğal altına düşməsi, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, xalqımızın etnik təmizləməyə məruz qalması, Ermənistanın əvvəlki rejiminin törətdiyi müharibə cinayəti - Xocalı soyqırımı barədə deyilənlər çox əhəmiyyətli idi. Dövlət başçısı BMT Təhlükəsizlik Şurasının  Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnaməsi barədə də danışdı. Ermənistan baş nazirinin çıxışı isə, yumşaq desək, uğursuz idi. Bu çıxışın uğursuzluğu həm Paşinyanın hazırlıqsızlığı və verbal imkanlarının məhdudluğu, həm də Ermənistanın yalan üzərində qurulmuş mövqelərinin zəifliyi ilə bağlıdır”.