“Azərbaycan Pezidenti İlham Əliyevin İtaliyaya səfəri zamanı prezident Sercio Mattarella tərəfindən yüksək səviyyədə qarşılanması ölkəmzin Avropada nüfuzunun göstəricisidir”.
Bunu Sherg.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Partiya təmsilçisi bildirib ki, bu görüş hər iki ölkə üçün çox əhəmiyyətlidir:
“Səfər zamanı 20-yə qədər mühüm sənəd imzalanıb. Bu sənədlər ikitərəfli münasibətlərin daha da intensivləşməsi üçün zəmin yaradacaq. Bundan başqa İtaliya kimi nüfuzlu ölkə ilə əlaqələrimiz Avropa məkanına inteqrasiyamız üçün vacib şərtlərdəndir.
Vasif Əfəndiyev: “İtaliya kimi nüfuzlu ölkə ilə əlaqələrimiz Avropa məkanına inteqrasiyamız üçün vacib şərtlərdəndir”
Sercio Mattarellanın TAP layihəsinə dəstək verməsi isə Azərbaycan-Avropa əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək. Həmçinin, iqtisadi əməkdaşlığımızın davamı olaraq tərəflər arasında indiyə qədər mövcud olan 6 milyard avroluq ticarət dövriyyəsindən daha böyük rəqəmə çatdırılması hədəf götürülüb. Eyni zamanda hərbi sahədə əməkdaşlığımız NATO standartlarına uyğunlaşmağımız üçün çox vacibdir”.