"Türkdilli ölkələr qarşısında da pandemiya təhlükəsi qalmaqdadır" - Politoloq

"Türk Şurasının Zirvə görüşünün keçirilməsi çox önəmli hadisədir".

Bunu "Sherg.az"a Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.

Politoloq bildirib ki, bir çox təşkilatlar pandemiya ilə əlaqədar toplantılarını video-konfrans şəkilində reallaşdırırlar: 

"Zirvə görüşünün təşkil olunmasında əsas hədəf koronavirusa qarşı ümumi mübarizənin aparılmasına nail olmaqdır. Nəzərə alaq ki, türkdilli ölkələr qarşısında da pandemiya təhlükəsi qalmaqdadır. İndiki halda mövcud təhlükəyə qarşı türk dünyasının həmrəy olması və vahid şəkildə mübarizə aparması olduqca vacibdir. Belə bir məqamda məhz Azərbaycanın təşəbbüs irəli sürməsi isə daha sevindirici haldır".

Siyasi şərhçiyə görə, Azərbaycanın türkdilli dövlətlərin inteqrasiyasına töhfələri uzun illərdir davam edir: 

"Bu, Ulu  Öndər Heydər Əliyevlə başlayan bir siyasətin davamıdır. Türkdilli ölkələr sırasında Azərbaycanın yeri və rolu çox böyükdür. Pezident İlham Əliyevin təşəbbüsü ilə belə bir tədbirin keçirilməsi də bunun isbatıdır. Məqsəd koronavirusa qarşı birgə mübarizə aparmaqdır