Prezident İlham Əliyevin Özbəkistan Respublikasına olan dövlət səfəri başa çatıb. Səfər iyunun 22-də yekunlaşıb.Qeyd edək ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ürgənc şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev yola salıb.
Məlumat üçün bildirək ki, bu səfər zamanı ölkələr arasında 20-yə yaxın mühüm sənəd və əlaqələrin inkişafını çox illər öncədən müəyyən edən bəyannamə imzalanıb. Hər iki dövlət başçısı tapşırıqların yerinə yetirilməsini nəzarətdə saxlayacaqlarını bildiriblər. Bu açıqlamaların səfərdən sonra əlaqələrin intensivləşdirilməsi, iqtisadi qarşılıqlı fəaliyyət, ticarət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistikasferası, energetika, hərbi, qarşılıqlı beynəlxalq fəaliyyət və digər sahələr üzrə yaxşı nəticələrin əldə olunacağına ciddi əsas yaradacağı gözlənilir.
İki ölkənin də iqtisadi cəhətdən bir-birindən öyrənəcəyi çox şey olduğunu deyən millət vəkili Razi Nurullayev "Sherg.az"a açıqlamasında bildirib ki, biz 2 dövlət bir millət yox 3 dövlət bir millətik:
"Özbəkistan Türkiyədən sonra Azərbaycana din ,dil və mədəniyyət baxımından ən yaxın ölkədir.bizim Orta Asiyada yerləşən başqa qardaş ölkələrimiz də var və zamanla hər biri ilə əlaqələrimizi daha da genişləndirəcəyik. Bu gün hər iki ölkənin iqtisadiyyati bir birinə inteqrasiya edir və qarşılıqlı sərmayələr qoyulur. Özbəkistan və Azərbaycan öz bilik və bacarığını, sərmayəsini səmimiyyətlə bölüşür. Cənab prezidentin qarşılanmasında və ona göstərilən diqqətdə şahidlik etdik ki,bu ölkə bizə nə qədər böyük önəm verir. Burdan belə nəticə çıxarmaq olar ki yaxın 2-3 il ərzində Özbəkistan və Azərbaycanın iqtisadi və siyasi cəhətdən əlaqələri daha da inkişaf edəcək. Bu əlaqələr 10 minlərlə yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq."