Urmu gölünün vəziyyəti ilə bağlı həyəcan təbili çalınır - FOTO

NASA-nın saytı Urmu gölünün son vəziyyətinin görüntülərini yayıb.
Bu barədə Azad İran Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, gölün cənub adalarının ətrafı tamamilə quruyaraq bir-birinə birləşib.
Gölün cənub hissəsi yenidən qırmızı rəngə boyanıb.
Urmu gölü ilə eyni coğrafi bölgədə yerləşən Türkiyənin Van və Ermənistanın Göyçə (Sevan) gölləri Urmu gölündən fərqli olaraq tamamilə normal vəziyyətdədirlər.
Mütəxəssilər etiraf edirlər ki, Urmu gölündə quraqlığın 70%-i insan amili və yalnış idarəetmədən qaynaqlanır.