Ötən 20 il dövlətçilik taiximizin ən parlaq dövrüdür

“Prezident İlham Əliyevin Azərbaycana  rəhbərlik etdiyi 20 il dövlətçilik taiximizin ən parlaq  dövrüdür. Bu 20 ildə Ümummilli Lider Heydər Əliyevin siyasi kursu və inkişaf stratgiyası çox uğurla davam etdirildi və Azərbaycan dövləti  son 200 illik tarixində  torpaqlarını işğaldan azad etməklə ilk dəfə qələbəyə imza atdı”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Azər Badamov deyib. 

Son 20 ildə Azərbaycanın iqtisadi gücünün artması ordu quruculuğu və müdafiə sənayesi sektorunun inkişaf etdirilməsinə yol açıb:

 “Azərbaycan iqtisadi müstəqilliyinə qovuşub və siyasi mütəqilliyini təmin edib. Son 20 il ölkəmizin inkişaf, intibah və qələbə illəridir. Uğurlu Lider ölkəyə rəhbərlik edəndə xalq xoşbəxt olur. Azərbaycan  Birinci Qarabağ Müharibəsində məğlub olduğundan xalqımızın başı aşağı idi. Xalqımız bir niskil içində idi.  Rayonlarımızın işğal günlərini ürək ağrısı ilə yad edirdik. Biz beynəlxalq tədbirlərə qatılanda əzilən xalqın  bir nümayəndələri kimi torpaqlarımızda erməni işğalına son qoydurulmasına kömək etmələrini xahiş edirdik. Amma Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə formalaşan milli birlik və həmrəylik, iqtisadi güc və ordu xalqımızın qarşısndakı  bu tarixi vəzifəsini icra etməyinə yol açdı. Üç il əvvəl Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz 44 gündə torpaqları işğaldan azad etməklə hər bir azərbaycanlının başını uca etdi. 15 oktyabrda Prezident İlham Əliyevin Xankəndində bayrağımızın ucaltması ərazilərimizdə suverənliyin tam bərpası demək idi. Bu gün biz azadıq və heç kimdən asıllı deyilik. Öz gücümüzlə keçmiş məcburi köçkünləri doğma yurdlarına qaytarırıq. Bu gün işğaldan azad olunmuş ərazilərdə yenidən ucaldılan şəhərlərin şəhər günlərini böyük sevgi və bayramla qeyd edirik.  Azərbaycan  Prezident İlham Əliyevin sayəsində  heç vaxt olmadığı qədər güclüdür. Başımız ucadır və beynəlxalq tədbirlərə qalib xalqın nümayəndələri kimi qatılırıq. Bu gün sözümümüzün sahibiyik və regionda yeni reallıq yaratmışıq. Azərbaycan indi danışıqlarda diqte edən tərəfdir və qarşı tərəf mövqeyimizi qəbul etmə məcburdur. Bu günki güclü, qalib Azərbaycanı görən Ulu Öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda öz canlarını vermiş ruhları şaddır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızı daha gözəl günlər gözləyir”.