Türkiyə  ordusu daha  5 terrorçunu zərərsizləşdirib

Türkiyə antiterror əməliyyatlarını davam etdir. Milli Müdafiə Nazirliyi sosial media hesabından paylaşım edərək 5 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
 Sherg.az xəbər verir ki, Sonuncu əməliyyat İraqın şimalındakı Hakurk və Claw-Kilit bölgələrində həyata keçirilib. Milli Müdafiə Nazirliyinin açıqlamasına görə, 5 PKK terrorçusu zərərsizləşdirilib. “Biz terroru mənbəyində məhv etmək əzmindəyik və qərarlıyıq”, - deyə bəyanatda bildirilir.