Enerji komissarı: Avropanın Rusiya qazından asılılığını 13 faizə endirmişik
Yusif Nəzərli
14:06 28.03.2025
Gündəm
114
“Azərbaycanla tərəfdaşlığı davam etdirmək və mümkün olarsa, daha da genişləndirmək istəyirik”.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclasının nəticələrinə həsr olunmuş mətbuat konfransı zamanı Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensen bildirib.
“Hazırda Avropanın Rusiya qazından asılılığını tamamilə aradan qaldırmaq istəyirik. Rusiya tərəfindən Ukraynaya qarşı edilən əsassız hücumdan sonra Rusiya qazının idxalını dayandırmağa çalışırıq. Bundan əvvəl qazın 45 faizini Rusiyadan alırdıq, hazırda bu rəqəmi 13 faizə endirmişik.
Biz bu göstəricini tamamilə sıfıra endirmək niyyətindəyik. Bu isə yalnız yaxşı dostlarımızın köməyi ilə mümkün olub və olacaq - Azərbaycan kimi dostlarımızın... Avropa İttifaqını təmsil edərək, qaz sahəsində sıx əməkdaşlıq imkanına görə minnətdarlığımı ifadə etmək istəyirəm. İnanırıq ki, bu əməkdaşlıq qarşılıqlı fayda gətirir” - Dan Yorgensen əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat