Bakının bu prospektində hərəkət dayandı - FOTO




Bakının Xətai rayonu ərazisindəki Xocalı prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. 

Lent.az xəbər verir ki, prospektin Nəcəfqulu Rəfiyev və Yusif Səfərov küçələrinin arasındakı əsas hissəsi bağlanıb. Sürücülər alternativ yollara istiqamətləndirilir.

Qeyd edək ki, Xocalı abidəsi eyniadlı prospektdə yerləşir.