Qubada hoteldə intihar: müəllim damarlarını kəsdi




Quba rayonunda orta məktəb müəllimi intihara cəhd edib.

Sherg.az-ın Report-a istinadən məlumatına görə, hadisə "Oscar" hoteldə baş verib. Belə ki, Qubanın Söhüb kənd orta məktəbinin müəllimi, Şamaxı rayonunun Göylər kənd sakini, 1990-cı il təvəllüdlü Ruslan Əlimustafa oğlu Zərbalıyev məktub yazaraq damarlarını kəsib.

Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb.