"Rusiya taxılı Türkiyədə Türkiyə tərəvəzi isə Rusiyada satılacaq"




"Mövcud iqtisadi sanksiyalara görə, Rusiya və Türkiyə biznes strukturları arasında böyük narazılıqlar var”.

Bunu Sherg.az-a Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya rəsmi səfərini dəyərləndirərkən millət vəkili Araz Əlizadə deyib. 

O bildirib ki, hazırda seçkiqabağı kompaniya keçirildiyinə görə, saksiyalar seçkiyə pul çatmamasına gətirib çıxarır:

"Ərdoğan buna görə Putinlə əlaqələri yaxşılaşdıra bilər. O hazırda Avropa tərəfindən təklənib. Tərəfdar lazımdır. Belə görünür ki, bu tərəfdar Putin ola bilər. Ölkə daxilində müəyyən fikir ayrılıqları da var. Referendumda AKP çox az faiz səslə qalib oldu. 

Türkiyənin də maraqlarına Rusiya təsir edir. Rusiya tam iqtisadi sanksiyaları götürməyib. Əvəzində Ərdoğan da Rusiya məhsullarını ölkəyə buraxmır. Sərhəd sahəsində alverə gəlirlər. Ərdoğan sanksiyaların götürülməsi ilə bağlı fikirlər səsləndirdi. O məqsədi Türkiyə tərəvəzinin Rusiya bazarlarına çıxması, əvəzində isə Rusiya taxılının Türkiyə ərazisində satılmasına qadağaların götürülməsidir”.

Qeyd edək ki, Türkiyə prezidentinin göyərtəsində olduğu TUR özəl təyyarəsi Bakı vaxtı ilə saat 13:45-də Soçi şəhərinə enib.

Ayyət Əhməd