Soma pulları oğurlandı

Oğurluq hadisəsi anbaan təhlükəsizlik kamerlarına düşüb




 Türkiyədə iki qadın Soma mədənində baş vermiş faciə zamanı zərərçəkən ailələrə yardım etmək məqsədilə ayrılan pul qutusunu oğurlayıb.
ANS PRESS-in məlumatına görə, iki qadın kommunal xərcləri ödəmə mərkəzinə gələrək su pulunu ödəmək istədiyini deyib. Qadınlardan biri mərkəz işçisinin başını qatmağa çalışır.
Stolun üstündə Soma faciəsi zamanı zərərçəkən ailələrə yardım məqsədilə ayrılan pul qutusu olub. Digər qadın isə təhlükəsizlik işçilərinin başının qarışıq olmasından istifadə edərək pul qutusunu oğurlayır və hər iki qadaın mərkəzdən uzaqlaşır.
Oğurluq hadisəsi anbaan təhlükəsizlik kamerlarına düşüb. Türkiyə polisi hazırda qadınları axtarır.