Çantadan qan sızdı

İdman çantasının içərisində qadın cəsədi tapılıb




Türkiyədə dəhşətli hadisə baş verib. Bəyoğlu istiqamətində idman çantasının içərisində qadın cəsədi tapılıb. Qadının 30 yaşlarında olduğu güman edilir.
Çantadakı qadının boğazı kəsilərək öldürüldüyü bəlli olub.
Polis hadisə yerində araşdırmaya başlayıb.
Çantanı səhər saatlarında küçələrdə təmizlik işləri aparan işçilər tapıblar. Çanta açılanda isə dəhşətli mənzərə üzə çıxıb.(anspress)
Qeyd edək ki, anoloji mənzərə bir necə il öncə də yaşanmışdı. Belə ki, Münəvvər Karabulut adlı qızın başı zibilliyə atılmış gitara qutusunun içindən tapılmışdı. Aylarla davam edən araşdırmadan sonra qətli törədən iş adamının oğlu həbs edilmişdi.