Bakıda iki avtobus toqquşdu: 12 nəfər yaralanıb

Paytaxda daha bir ağır avtobus qəzası oldu

 


Bu gün Bakıda baş vermiş ağır avtobus qəzasında yaralanan şəxslərin kimliyi müəyyənləşib. 3 saylıı şəhər xəstəxanasından Lent.az-a bildirilib ki, qəza nəticəsində yaralanmış 12 nəfər təcili tibbi yardım maşını ilə tibb müəsisəsinə gətirilib. Onlardan 3-ü ambulator müalicəyə yazılıb. Daha 9 nəfər xəstəxanada müalicəyə davam edəcək.
Yaralılar bunlardır:
Mehdiyev Tural Sürəddin oğlu - 33 yaş
Bağırova Yeganə Fərman qızı - 39 yaş
Əlizadə Əli Səməd oğlu-57 yaş
Sultanov Güloğlan Böyükağa oğlu - 46 yaş
Əliyev Elnur Elman oğlu - 35 yaş
Həsənova Sehran Əhməd qızı - 50 yaş
Mahmudov Nail Əhməd oğlu - 30 yaş
Dəmirçiyev Qurban Telman oğlu - 35 yaş
Qəhrəmanov Rasim Mübariz oğlu - 22 yaş
Yaralılardan 35 yaşlı E.Əliyevin vəziyyəti daha ağırdır. O, reanimasiyaya yerləşdirilib.
*****
11:10
Bu gün Bakı şəhərinin Nizami rayonu ərazisində, Qara Qarayev prospektində iki sərnişin avtobusunun toqquşması nəticəsində 10 nəfərdən artıq şəxs yaralanıb. Bu barədə Lent.az-a 3 saylı şəhər xəstəxanasından bildirilib. "Ruslan 93" marketinin qarşısından gətirilin yaralıların xəstəxanaya yerləşdirilməsi davam etdirilir.
*****
10:59
Bakıda iki sərnişin avtobusu toqquşub.

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qara Qarayev metrosunun yaxınlığında, "Ruslan” marketin qarşısında qeydə alınıb.
36 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu ilə 1 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər xəsarət alıb.