Sergey Lavrov bu ay Azərbaycana səfər edəcək

Daha sonra isə baş nazirin müavini Dmitri Roqozinin səfəri gözlənilir



 Rusiyanın xarici işlər naziri Sergey Lavrov və baş nazirin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının sədri Dmitri Roqozin iyun ayında Azərbaycana səfər edəcəklər.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə keçirdiyi görüşdə bildirib. O deyib ki, iyun ayında Sergey Lavrov, daha sonra isə Dmitri Roqozin Bakıda səfərdə olacaqlar.