ABŞ-ın ən çox qorxduğu rus silahları





ABŞ Rusiyanın "Yasen” sualtı qayığının gücündən və "Sirkon”, "Kalibr” raketlərindən narahat olmağa başlayıb.
Avropa.info xəbər verir ki, amerikalı ekspertlər deyirlər ki, Rusiya hərb-dəniz donanması artıq yeni səviyyəyə çıxıb. Ən böyük təhlükə isə "Yasen” sualtı qayığından, "Admiral Qorşkov” freqatından həmçinin "Sirkon”, "Kalibr” raketlərindən gəlir.
ABŞ-ın "Rusiyanın dəniz potensialının tədqiqatı institutu”nun direktoru Maykl Peterson deyib ki, "Yasen” kimi təhlükəli və güclü atım sualtı qayığı ABŞ siyasi nüfuz məkanında ciddi problem yarada bilər.

"Rusiyanın yaşadığı çətinliklərə baxmayaraq, biz görürük son ildə Rusiya HDQ-i texnoloji səviyyəsi və şəxsi heyətinə görə dünyanın istənilən donanması ilə rəqabət aparmağa hazırdır” – Poeterson belə deyib.