"Aşura günü yürüşlərin keçirilməsi qadağandır"
17:10 03.10.2016
Arxiv
262
"Aşura mərasimləri ilə əlaqədar küçə yürüşlərinin təşkili məqsədəuyğun hesab edilmir. Ona görə də Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının müvafiq fətvası ilə yürüşlər qadağandır".
Report bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində "Milli-mənəvi dəyərlərin qorunmasında ictimaiyyətin rolu" mövzusunda regional konfransda deyib. Şeyxülislam bildirib ki, dini mərasimlər məscidlərdə sərbəst şəkildə keçiriləcək: "Hər kəs bu tələbləri yerinə yetirməyə borcludur. Məhərrəm ayında bütün dini mərasimlər məscidlərdə təşkil olunmalıdır. Eyni zamanda ehtiyacı olanlar üçün Lənkəran şəhərində artıq ənənə halını alan qanvermə aksiyası keçiriləcək".
Konfransda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov tədbiri giriş sözü ilə açaraq dövlətin əsas məqsədinin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb edilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı çıxış edərək Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişafından danışıb.
M.Qurbanlı bildirib ki, dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən dini tolerantlığın Azərbaycan cəmiyyətinin birgəyaşayış normasına çevrilib: "Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Bununla yanaşı, Azərbaycanı sevməyən qüvvələrin xalqımız üçün çox həssas olan dini-əxlaqi məsələlərə müdaxilə etmək niyyətləri hər zaman olub və həmin qüvvələr mərasimlərimizə yad elementləri əlavə etməklə insanları yalnış istiqamətlərə yönəltməyə səy göstəriblər. Lakin bütün bunlara qarşı dövlət tərəfindən qabaqlayıcı tədbirlər görülməkdədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb
18:18 14.10.2026
Gündəm
Tacikistan Prezidenti Azərbaycana səfərə gəldi
18:10 14.10.2026
Rəsmi
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial