Azər Həsrət: “Dövlətin dəstəyi ilə Azərbaycanın internet mediası beynəlxalq arenada da öz sözünü deyəcək”
“Dünya artıq bizim ovcumuzdadır”
Belə olan halda onlayn mediaya dövlət dəstəyi çox vacib və önəmlidir
Azər Həsrət: “Dövlətin dəstəyi ilə Azərbaycanın internet mediası beynəlxalq arenada da öz sözünü deyəcək”
Azər Həsrət: “Dövlətin dəstəyi ilə Azərbaycanın internet mediası beynəlxalq arenada da öz sözünü deyəcək”
Aynur Camalqızı: "Dövlət bizim yanımızda olacaqsa, bundan həm dövlət, həm media,
həm də cəmiyyət qazanacaq”
(Əvvəli ötən sayımızda)
Bu ildən sonra dövlət onlayn medianın da inkişafına xüsusi diqqət ayıracaq. Prezident İlham Əliyev "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Proqrama əsasən Mətbuat Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası 2016-2020-ci illərdə onlayn medianın inkişaf etdirilməsi üçün tədbirlər görülməsini təmin etməlidir.
Yeni təsdiqlənmiş dövlət proqramında nəzərdə tutulan fəaliyyətlər 7 bölmədə ifadə olunub. Bütün fəaliyyətlər informasiya texnologiyalarının inkişaf etdirilməsi ilə bağlıdır.”İKT infrastrukturu və xidmətləri” bölməsində əsas diqqət çəkən fəaliyyət vətəndaşların internetə çatım hüququ ilə bağlıdır. Proqramda genişzolaqlı internet xidmətlərinin universal xidmətlər siyahısına daxil edilməsi ilə bağlı müvafiq təkliflərin hazırlanması və həyata keçirilməsi nəzərdə tutulub. Bu fəaliyyət 2017-18-ci illərdə reallaşdırılmalıdır.
Bundan başqa, telekommunikasiya və informasiya infrastrukturunun daha da inkişaf etdirilməsi, rəqəmsal televiziya yayımına keçidin başa çatdırılması, analoq yayımın dayandırılması nəzərdə tutulub.
"Yüksək texnologiyalar sektorunun inkişafı” bölümündə yüksək texnologiyalar sahəsində innovativ və elmi-texniki fəaliyyətin normativ hüquqi bazasının təkmilləşdirilməsi əksini tapıb.
Sənədə əsasən İKT sahəsində innovativ sahibkarlığın inkişaf etdirilməsi, elmtutumlu və yüksək texnoloji məhsulların yaradılması layihələrinə dəstək göstərilməlidir. İnternet şəbəkəsi vasitəsilə həyata keçirilən biznes münasibətlərinin hüquqi təkmilləşdirilməsi, habelə bu sahədə biznes fəaliyyətinin təşviqi də nəzərdə tutulur. Digər bölmələrdə genişzolaqlı internetə qoşulan təhsil müəssisələrinin sayının artırılması, təhsilin bütün pillələrində informatikanın tədrisi üzrə təkliflərin hazırlanıb, həyata keçirilməsi əksini tapıb. Elektron səhiyyə sisteminin formalaşdırılması istiqamətində tədbirlərin görülməsi də dövlət proqramına daxil edilib. Belə xidmətlərdən daha rahat istifadə etmək məqsədi ilə vətəndaşların İKT biliklərinin artırılması da nəzərdə tutulur. Milli kontentin inkişaf etdirilməsi ilə bağlı fəaliyyətlər dövlət proqramında ayrıca bölmədə əksini tapıb. Həmin bölməyə görə, onlayn medianın inkişaf etdirilməsindən ötrü 2016-20-ci illərdə tədbirlər görülməlidir.
Sözügedən sərəncamdan media nümayəndələrinin gözləntilərinə gəldikdə isə onlar Prezidentin imzaladığı "İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın internet medianın inkişafı üçün böyük perspektiv açdığını qeyd ediblər. Media nümayəndələrinin hesabınca, bu proqram onlayn KİV-lərin inkişafına təkan verəcək.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrətin sözlərinə görə, "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nda onlayn medianın da inkişafına dəstək verilməsinin nəzərdə tutulması çox diqqətəlayiqdir: "Azərbaycan dövləti və cənab Prezidentin şəxsən özü yeni texnologiyaların tətbiqi sayəsində həmişə ölkəmizin ön sıralarda olmasına çalışıb. Azərbaycan dövləti yeni texnologiyalar üzərində qurulan onlayn medianın inkişafında maraqlıdır. Və bu inkişafa nail olmaq üçün də bütün mümkün variantlardan istifadə edir. "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” da onlayn medianın inkişafı istiqamətində yeridilən siyasətin davamıdır. Bütün vasitələr və imkanlar çərçivəsində Azərbaycanın bu sahədə dünya dövlətləri ilə ayaqlaşa bilməsi, eyni zamanda mediadan daha effektiv istifadə imkanlarını genişləndirmək məqsədi güdülür. Hesab edirəm ki, dövlət bu sahənin arxasında olduğunu bəyan edəcəyi təqdirdə onlayn medianın inkişafından ürəklə danışmaq olar. Azərbaycanda onlayn media daha çox şəxsi təşəbbüslər əsasında formalaşmağa başladı. Bu gün isə dövlətdən heç bir dəstək almayan internet mediasının ictimai rəyə təsir imkanları kifayət qədərdir. Dövlət də bunun fərqində olduğu üçün ictimai rəyə təsir imkanlarını Azərbaycanın sərhədləri içərisində qalmasını istəmir. Hesab edirəm ki, dövlətin dəstəyi ilə Azərbaycanın internet mediası beynəlxalq arenada da öz sözünü deyəcək. Ümid edirəm ki, biz yaxın vaxtlarda "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın effektiv nəticələrinin şahidi olacağıq”.
A.Həsrət deyib ki, müvafiq qanunvericiliyə edilən son dəyişiklikdən sonra onlayn media da Kütləvi İnformasiya Vasitəsi kimi qəbul olunub. Amma bu sahədə yetəri qədər tənzimləmələr yoxdur. Eyni zamanda, mövcud olan boşluqların aradan qaldırılması lazımdır. Onlayn media vasitələrini reyestrə salmaq olmur. Bilirsiniz ki, Kütləvi İnformasiya Vasitələrini reyestrə salmaq üçün Ədliyyə Nazirliyinə müraciət edilir və KİV-in fəaliyyəti yolverilən hesab edilir. Amma onlayn media ilə bağlı bu sahədə boşluq var. Bu, nəticə etibarı ilə müəyyən problemlərin ortaya çıxmasına səbəb olur”.
CASCFEN sədrinin sözlərinə görə, "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” başlıca olaraq internet mediaya maddi yardım məsələsi həll olunmalıdır: "Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu qəzetlərə maliyyə yardımı ayırır, amma onlayn media üçün belə bir yardım nəzərdə tutulmayıb.
"Teleqraf” Holdinqin rəhbəri Aynur Camalqızı da Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nda onlayn medianın da inkişafına dəstək verilməsinin nəzərdə tutulmasının
son dərəcə əhəmiyyətli olduğunu deyib: "Azərbaycan dövləti və xüsusilə də Azərbaycan Prezidenti mediaya həmişə ayrıca diqqət, qayğı göstərib, həssaslıqla yanaşıb. Sevindirici haldır ki, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurası fəaliyyət göstərir. Dövlətin dəstəyi bu qurum vasitəsilə çap mediasına çatdırılır. Əlbəttə, bu, çox müsbət haldır. Ölkədə medianın inkişafı, insanların normal şəkildə informasiya alması üçün dövlətin dəstəyi çox önəmli məsələdir. Amma çox təəssüflər olsun ki, bütün dünyada, o cümlədən Azərbaycanda print media öz effektliyini itirməyə başlayıb, populyarlığı azalıb. Artıq hər evdə, hər idarədə, ofisdə kompyuter, internet var. Hətta kompyuteri bir kənara qoyaq, hər kəsdə artıq müasir telefonlar var, bu telefonlar vasitəsilə dünyanın harasında oluruqsa olaq, istənilən informasiyanı ala bilirik. Dünya artıq bizim ovcumuzdadır. Belə olan halda onlayn mediaya dövlət dəstəyi çox vacib və önəmlidir”.
A.Camalqızı hesab edir ki, Dövlət Proqramı çərçivəsində onlayn media ilə bağlı "KİV haqqında” qanuna yenidən baxmaq lazımdır: "Elektron media ilə bağlı ora çox vacib müddəalar əlavə olunmalıdır. Dövlət bizim yanımızda olacaqsa, bundan həm dövlət, həm media, həm də cəmiyyət qazanacaq”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb