Dünyanı daha böyük bəlalar gözləyir
19:35 03.10.2016
Arxiv
395
“Rusiya ilə ABŞ-ın ortaq məxrəcə gəlmə imkanları mümkünsüzdür”
ABŞ dövlət katibi Con Kerrinin Suriya mövzusunda verdiyi açıqlamalar Rusiya ilə dərin ziddiyyətlərin olduğunu ortaya çıxardı. Kerri ilk dəfə Kremli diplomatik kələkbazlıqda suçladı. Daha önəmlisi iki ölkə münasibətlərinin yeni və kəskin mərhələyə girmək üzrə olduğunun anonsunu verdi. Həm Kerrinin, həm də ardınca Dövlət Departamentinin sözçüsü Con Kibrinin sərt tonda açıqlamaları göstərir ki, Ağ Ev Kremllə ultimativ dildə danışmağa başlayıb.
Vaşinqtonun Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirməyə hazırlaşması da münasibətlərin korlanmasından xəbər verir. ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bildirib ki, hazırda sanksiyalarla bağlı məsələ təhlil edilir. Toner Rusiya ilə diplomatik əlaqələrin sona çatmasına çox yaxın olduqlarını bildirib: "Hələ qapıları tamamilə bağlamamışıq. Amma Rusiyanın Suriyada görmək istədiyimiz addımlar atmaması səbəbilə əlaqələrin sona çatmasına çox yaxınıq”. Ekspertlərə görə, iki supergüc arasında olan gərginlik tezliklə başqa konfliktli bölgələrə də sirayət edə bilər. Söhbət ABŞ və Rusiya maraqlarının potensial toqquşma nöqtələrindən sayılan Cənubi Qafqazdan gedir. Politoloq Qabil Hüseynli bildirib ki, Rusiyanın güclənməsi, büdcənin çox hissəsini hərbi xərclərə ayırması ABŞ və Avropanı narahat edir. Çünki Rusiya Qərb üçün maraqlı olan bölgələri təhdid altında saxlayır: "Rusiya Gürcüstana hücum edib, onun iki böyük əyalətini tutub. O cümlədən Avropa İttifaqının maraq dairəsində olan Ukraynanı işğala məruz qoyub. Bununla kifayətlənməyən Rusiya imperialist siyasət aparır. Moskva hər dövrdə işğalçılıq, kiçik dövlətlərə qarşı şantaj, ABŞ və Avropaya əzələ nümayiş etdirmək, Avropa İttifaqını parçalamaq siyasəti həyata keçirir. İmperializm dövrünün başa çatmasına baxmayaraq, Kreml yeni formada zühur edərək aqressiv hərəkətləri ilə dünyanı təhdid
edir. Rusiyanın pozucu siyasəti Suriyada da özünü göstərdi. Yaxın Şərqdəki olaylar nisbətən nizamlanmağa başladığı vaxt Rusiya orada peyda oldu və əldə olunan anlaşmaları pozdu. Bununla Suriyada vəziyyət daha da gərginləşdi”. Ekspertin sözlərinə görə, Rusiyanın iddiası odur ki, ABŞ-ın hegemonluq etdiyi dünya düzəni dəyişməli və Rusiya da fövqəldövlət olmalıdır: "Rusiya hegemon dövlət olmağa, ABŞ-la bərabər dünyanın taleyini həll etməyə, kiçik xalqlara hökm etməyə meyillidir. Bunu həyata keçirmək üçün hərbi avantüralardan geniş istifadə edir. İndiyə qədər ABŞ səbrlə Rusiyanın hərəkətlərini izləyirdi. Ancaq son dövrlərdə Rusiya ilə bağlı xüsusi bir strategiya həyata keçirməyə başlayıb. Bu strategiyanın həyata keçirilməsi Rusiyanın gücsüzləşdirilməsi və regiondan çıxarılması ilə nəticələnəcək”. Q.Hüseynli Rusiya-ABŞ münasibətlərinin çox gərgin həddə olduğunu bildirib: "Suriyada bu iki dövlət toqquşa bilər. Bu toqquşma isə bütün dünyaya təsir edər. ABŞ toqquşmadan ehtiyat edir, ona görə də Rusiyaya ultimatumlar göndərir. Rusiya ilə ABŞ-ın ortaq məxrəcə gəlmə imkanları mümkünsüzdür. İki dövlət arasında soyuq müharibə dövrünə xas olan münasibətlərin bərqərar olması gələcəkdə irimiqyaslı qarşıdurmaya çevirə bilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm