Gəncədə ağır qəza: sürücü sıxılmış vəziyyətdə qaldı




Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Nizami rayonunda "Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Sherg.az-ın xəbərinə görə, bu barədə FHN-dən məlumat verilib.

Hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobillərin birində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.