Mühüm sürüşmə sahələrində aktivlik müşahidə olunub
12:00 04.10.2016
Arxiv
325
Sentyabr ayı üçün respublika ərazisində mühüm sürüşmə sahələrinin vəziyyəti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, Astara rayonunda Kijəbə və Miki, Lerik rayonunda Veri-Əliabad, Lənkəran-Lerik yolunun 27-29-cu km-dəki sürüşmə sahələrində aktivlik müşahidə olunub.
Onun sözlərinə görə, Lənkəran-Lerik yolunun 45-47-ci kilometrliyində Günəşli kəndi ərazisində mövcud olan qədim sürüşmə sahəsində uzun illərdir stabillik davam etsə də, sahədə aparılan yol bərpa-tikinti işlərinin nəticəsində və atmosfer yağıntılarının təsirindən aktivləşmə qeydə alınıb: "Lənkəran-Lerik yolunun 17-19-cu km-də uçqunlar əmələ gəlib. Lənkəran rayonundakı Gəgiran, Masallı rayonundakı Zuvand sürüşmə sahələrinin dinamikasında da aktivlik müşahidə olunub. Zuvand sürüşmə sahəsində proses hələ sönməyib”.
Ekspediya rəisi bildirib ki, son vaxtlar yağan atmosfer çöküntülərinin təsiri nəticəsində Gədəbəydə Pirdağ və Şahdağ, Daşkəsən rayonunun Alunitdağ, Xızı-Altıağac sürüşmə sahələrinin dinamikasında ay ərzində gərginlik müşahidə edilib: "Eyni zamanda, Quba rayonundakı Küsnət, Quba-Qonaqkənd avtomobil yolunun 37-40-cı kilomterliyində, Qusar rayonunun Urva və Qusar-Sudur avtomobil yolunun 37-ci km-dəki mövcud sürüşmə sahələrinin dinamikasında nisbi aktivlik qeydə alınıb”.
Ə. Qaralov qeyd edib ki, Şamaxı rayonu ərazisində Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km, Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km, Saqiyan, Muğanlı və Qaravəlli sürüşmə sahələrinin dinamikasında aktivləşmə müşahidə olunub: "Ağsu rayonunun Sanqalan, Dilman və Qırlar sürüşmə sahələrində, Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu km-dəki sürüşmə sahələrində yolboyu ağır tonnajlı avtomobillərin hərəkəti və atmosfer yağıntılarının təsiri nəticəsində mövcud çatlar genişlənib. İsmayıllıda Zərnava və Xankəndi sürüşmə sahələrinin hər birində aktivlik qeydə alınıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm