Polis əməliyyat keçirdi: 48 kq narkotik tapıldı
11:40 04.10.2016
Arxiv
352
Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətkar fəaliyyətin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib. Lent.az-ın məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşlarının həyata keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin satışını həyata keçirən şəxs zərərsizləşdirilib.
Daxil olan əməliyyat məlumatı əsasında Kotec qəsəbə sakini, Vüqar Nəcəfovun yaşadığı evin həyətyanı sahəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilib. Baxış zamanı xüsusi aqrotexniki qaydada əkilərək qulluq edilən ümumi çəkisi 42 kiloqram olan 9 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq V.Nəcəfovun yaşadığı mənzilin ayrı-ayrı yerlərində gizlətdiyi 3 kiloqram 70 qram həşiş və 3 kiloqram 500 qram qurudulmuş marixuana da aşkar edilib.
V.Nəcəfov ifadəsində narkotik tərkibli bitkiləri satmaq niyyəti ilə əkib-becərdiyini bildirib.
Qeyd edilən faktla bağlı Sumqayıt ŞPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm