Yanan binaya görə məhkəmədə 2 təqsirləndirilənin halı pisləşdi
11:49 04.10.2016
Arxiv
369
Bu gün Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən şəxslərin məhkəməsi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Binəqədi rayon icra başçısının sabiq birinci müavini Qəzənfər Novruzov barəsində təyin edilən tibbi ekspertizanın rəyi açıqlanıb.
Rəydə qeyd edilib ki, Q. Novruzovda qara ciyərin hepatit C virus mənşəli sirrozu, şəkərli diabet, arterial hipertenziya, xroniki xolesistit, xroniki prostatik xəstəlikləri müəyyən edilib.
Prokuror deyib ki, Q.Novruzovun xəstəlikləri onun barəsində cinayət işinin icraatının dayandırılması üçün qanunvericilikdə müəyyən olunan ağır xəstəliklər siyahısına daxil deyil.
Vəkillər məhkəmə prosesinin videoçəkilişə alınması, zalda foto və video materialların nümayiş olunması ilə bağlı vəsatət veriblər.
Videoçəkiliş aparılması barədə vəsatət təmin edilməyib. O biri vəsatət təmin edilib.
Prosesdə təqsirləndirilənlərdən biri, "Dərnəgül Boru Zavodu" QSC-nin Laboratoriya müdiri Ağacavad Məmmədovun səhhəti pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb. Qəzənfər Novruzovun da səhhəti pisləşdiyi üçün fasilə elan olunub.
Qeyd edək ki, keçən il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan "poliuretan” məmulatını istehsal edən "QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, "Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, "poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən "Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, "poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm