Zərərsizləşdirilən şəxsin üzərindən qumbara və beşbarmaq çıxdı
19:31 03.10.2016
Arxiv
401
Nardaran hadisəsində təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib. APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə ötən iclasda ifadə verən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Firuz Mehdiyev təqsirləndirilən şəxslərin və vəkillərin suallarını cavablandırıb.
F. Mehdiyev bildirib ki, atışma dayandıqdan sonra Əbülfəz Bünyatovu saxlayıb: "Həmin vaxt o yaralı idi və əl-qol atırdı ki, qaçsın”. O, hadisə vaxtı qadın, uşaq görmədiyini deyib.
Təqsirləndirilən Aqil İsmayılov isə müstəntiq tərəfindən dindirilən zaman Firuz Mehdiyevin də orada olduğunu söyləyib. O bildirib ki, F. Mehdiyev ona təzyiq edib. Lakin F. Mehdiyev onun dediklərini təkzib edərək, başqa əməkdaşla səhv saldığını vurğulayıb.
Vəkil Yalçın İmanov şahiddən idarədə ona oxşayan əməkdaşların ad və soyadını soruşub. Şahid suala cavab verməyib. Hakim Əlövsət Abbasov isə suala cavab vermədiyi üçün şahidin barəsində tədbir görüləcəyini deyib.
F. Mehdiyev təqsirləndirilən şəxslərə qarşı tələbinin olmadığını deyib.
Sonra vəkil Y. İmanov ötən iclas zamanı ifadə verən şahid Ramil Salmanovun barəsində ekspertiza təyin olunması haqqında vəsatətin müzakirə edilməsini istəyib. Təqsirləndirilən şəxslər və vəkilləri vəsatəti müdafiə ediblər. Prokuror isə vəsatətin təmin olunmamasını istəyib.
Bundan sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hakim vəsatətin təmin olunmadığını deyib. Sonra vəkil Fariz Namazlı ötən iclas zamanı şahidlərdən birini təhqir edən təqsirləndirilən şəxs Cahad Babakişizadənin məhkəməyə müraciət etdiyini, iclaslarda iştirak etmək istədiyini deyib. Hakim onun müraciətini qəbul edib və o, prosesə buraxılıb. Təqsirləndirilən Abbas Hüseynov isə dövlət ittihamçısına etiraz edərək, onun qərəzli münasibət göstərdiyini deyib. Hakim vəsatətin yazılı şəkildə məhkəməyə təqdim edilməsini istəyib.
Sonra BMCMİ-nin əməkdaşı Mehman Teymurov ifadə verib. O deyib ki, idarəyə Taleh Bağırovla bağlı daxil olmuş məlumat əsasında əməliyyat müşavirəsi keçirilib. Müşavirədə Nardaranda əməliyyat keçirilməsinə qərar verilib. O, hadisə baş verən evdə Abbas Tağızadəni zərərsizləşdirdiyini, üzərindən qumbara və beşbarmaq çıxdığını deyib.
İstintaq zamanı ifadə verən M. Teymurov isə ifadəsində göstərib ki, əməliyyat zamanı əlində beşbarmaq olan Tağızadə Abbas Hafiz oğlunu saxlayıb. Onun üstünə baxış keçirilərkən şalvarın sol yan cibindən bir ədəd alışdırıcısı ilə birlikdə əl qumbarası, əynindəki şalvarın sağ yan cibindən isə Taleh Bağırovun müraciət kitabı aşkar edilərək götürülüb.
Sonra şahid dövlət ittihamçısının, təqsirləndirilən şəxslərin və vəkillərin suallarını cavablandırıb. Bildirib ki, o, hadisə zamanı xəsarət almasa da, mənəvi zərər çəkib. Şahid təqsirləndirilən şəxslərə qarşı hər hansı tələbinin olmadığını da deyib.
Məhkəmə prosesi oktyabrın 5-də davam etdiriləcək.
Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm