Naxçıvanda  Atatürkün xatirəsi anılıb

Noyabrın 10-da Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi yad olunub.

"Report"un yerli bürosu xəbər verir ki, anım mərasimində əvvəlcə böyük türk xalqının xilaskarı Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya abidə önünə gül çələngi qoyub.

Tədbirdə dövlət nümayəndələri, türkiyəli iş adamları və qardaş ölkənin Naxçıvanda təhsil alan tələbələri abidə önünə gül dəstələri qoyub, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.

Anım tədbiri Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda davam etdirilib.