Tramp: “Ərdoğan sərt adamdır, amma çox kömək oldu, dost bir liderdir”
21:19 04.10.2025
Gündəm
408
ABŞ Prezidenti Donald Tramp Qəzzada atəşkəs və daimi sülh sazişinə “çox yaxınlaşıldığını” bəyan edib.
Sherg.az xəbər verir ki, "Axios"a açıqlamasında Tramp prosesin qarşıdakı bir neçə gün ərzində yekunlaşa biləcəyini qeyd edərək, “Bibi (Netanyahu) ilə danışdım, ona "Bu sənin qələbə şansındır" dedim. Qəbul etdi, başqa çıxış yolu yox idi”, - ifadələrini işlədib.
Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Həmas üzərində böyük təsiri olduğunu və girovların azad edilməsi prosesində “çox kömək etdiyini” söyləyib. Tramp, “Ərdoğan çox kömək etdi. Sərt insandır, amma dostumdur və bu məsələdə əla idi”, - deyib.
Bir ABŞ rəsmisi də "Axios"-a açıqlamasında Trampın cümə günü Həmasın cavabından öncə Ərdoğanla telefon danışığı apardığını və ondan sazişə dəstək verməsini xahiş etdiyini təsdiqləyib.
Tramp son açıqlamasında İsrailin ilk geriçəkilmə xəttini qəbul etdiyini bildirib.
Tramp, “Həmas təsdiqlədiyi anda atəşkəs dərhal qüvvəyə minəcək, girov və məhbus mübadiləsi başlayacaq”, - deyə əlavə edib.
Tramp "Truth Social" üzərindən verdiyi açıqlamada İsrailin “girov mübadiləsi və sülh sazişinə şans vermək üçün” bombardmanları dayandırmaq qərarını məmnuniyyətlə qarşıladığını desə də, Həmasa sərt xəbərdarlıq edib:
“Əgər girov razılaşmasını gecikdirməyə cəhd etsələr, bu fürsət yoxa çıxacaq. Gecikməyə dözməyəcəyəm. Hər kəs ədalətli şəkildə rəftar görəcək, amma bu işi dərhal bitirəcəyik.”
Prezident Ərdoğan da verdiyi açıqlamada Tramp ilə danışıqların detalları barədə danışıb. O, 3 oktyabrda ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığını xatırladaraq deyib:
“Görüşməmizin ən mühüm mövzusu yenə də Qəzza idi, sülh və sabitlik gətirmək idi. Həmasın cənab Trampın sülh planına verdiyi cavabı məmnuniyyətlə qarşılayırıq. Həmas, daha əvvəl dəfələrlə etdiyi kimi, sülhə hazır olduğunu göstərdi. Beləliklə, bölgəmizdə daimi sülh üçün bir fürsət pəncərəsi açıldı. İsrailin hücumlarını dərhal dayandırması bu baxımdan çox önəmlidir.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya