Papikyanın Berlin səfərinin gizlinləri: Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
11:51 12.05.2025
Cənubi Qafqaz
433
Mayın 12-də Ermənistan müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyaya işgüzar səfərə yola düşüb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Maraqlıdır Ermənistan müdafiə nazirinin ardıcıl səfərləri nəyə hesablanıb?
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a deyib ki, Nikol Paşinyanın komandası Qərb meyillidir:
"Ermənistan müdafiə nazirinin Almaniya ilə çox güclü münasibətləri var. Suren Papikyan dəfələrlə bu ölkəyə səfərlər edib. Burada 2 əsas məsələ var: Birincisi, Ermənistan Almaniya ilə son zamanlarda hərbi-sənaye əməkdaşlığını gücləndirmək yolunda addımlar atır. İkincisi isə Bayden administrasiyasının son dövrlərində Vaşinqton və İrəvan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalamasıdır. Bu sazişə görə Ermənistanda ABŞ qoşunlarının sərhəd patrul dəstələrinin yerləşdirilməsi nəzərdə tutulurdu. Tramp qərar vermişdi ki, Almaniyadan çıxarılacaq hərbi qüvvələr Ermənistana gətirilsin. Bunun üçün də mexanizm hazırlanmalıdır. Suren Papikyanın səfəri bu prosesdə mexanizmin hazırlanması üçündür. İrəvan mümkün qədər çalışır ki, məsələ tez bir zamanda reallaşsın. Nəzərə alaq ki, Almaniyada yeni hakimiyyətin Ermənistanınla nə dərəcədə sıx əməkdaşlıq edəcəyi bir qədər sual altındadır. Məhz Xristian Demokratları əvvəlki rəhbərliyinin dövründə ümumiyyətlə Cənubi Qafqazla bağlı bitərəf mövqe ilə çıxış edirdi. Yeni kansler Fridrix Merzin də eyni siyasət yürüdəcəyi gözlənilir".
Politoloq əlavə edib ki, Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir:
"Son zamanlarda baş verən hakimiyyət dəyişiklikləri Paşinyanı ciddi şəkildə narahat edir. Onun müttəfiqləri artıq hakimiyyətdən gedirlər. Yeni gələn rəhbərlər isə Ermənistana dəstəklərini davam etdirmirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm