
Politoloq: Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb
13:45 12.05.2025
Cənubi Qafqaz
567
“Məcburi hərbi xidmətə çağırılmamaq üçün Ermənistan vətəndaşlığından imtina edən vətəndaşlarımızın sayı artır”.
Bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Hayk Sərkisyan deyib.
Sərkisyan statistik məlumatları da təqdim edərək qeyd edib ki, 2020-2024-cü illər ərzində 8721 vətəndaş 18 yaşına çatmamış Ermənistan vətəndaşlığından çıxıb.
“Böyük əksəriyyət 27 yaşını (hərbi xidmət üçün son yaş həddini) gözləyir ki, məcburi hərbi xidmətə getməsin”, - deputat vurğulayıb.
Hayk Sərkisyan xidmətdən yayınmanın qarşısının alınması üçün hərbi xidmət müddətinin azaldılmasını təklif edib.
Politoloq Natiq Miri Sherg.az-a söyləyib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmaması, yeni hərbi toqquşmalar, müharibə ehtimalını özündə saxlayır. Bu isə erməni əhalisində narahatlıq yaradır:

"Ona görə də ya müxtəlif yollarla ölkədən çıxırlar, ya kimlərsə rüşvət verərək övladını xəstəlik adı ilə əsgərlikdən saxlayır, və ya vətəndaşlıqdan imtina edirlər. Digər tərəfdən Ermənistan ordusunda hələ də nizam-intizam məsələsində çox ciddi problemlər var. Baxmayaraq ki, islahatların aparılması ilə bağlı zaman-zaman moizələr oxuyurlar, lakin orduda qanunsuz əməllər mövcuddur. Bu isə əsgərlər arasında tez-tez toqquşma və ölümlə nəticələnir. Ona görə də Azərbaycanla danışıqlar həllini tapmasa, regionda sülh mühiti yaranmasa, paralel olaraq Ermənistan ordusunda nizam-intizam bərqərar edilməsə, bu cür hadisələr davamlı xarakter daşıyacaq".
Politoloq vurğulayıb ki, əvvəllər Ermənistan ordusunun məğlubedilməzliyindən danışırdılarsa, 44 günlük Vətən müharibəsi, ardınca antiterror əməliyyatı bütün mifləri dağıtdı:
"Nəticə etibarilə erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb. Ermənistan hökuməti həqiqətən də vətəndaşlıqdan imtina edən ermənilərin sayının azalmasını istəyirsə, ilk növbədə Bakı ilə sülh müqaviləsi imzalamalıdır ki, müharibə ehtimalı aradan qaldırılsın".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Konqresə seçkilərin saxtalaşdırıldığını iddia edib
20:18 09.11.2026
Dünya
Mehriban Əliyeva sosial media hesabında Hacıqabuldan paylaşım edib
19:44 09.11.2026
Gündəm
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya