Navalnı təyyarə ilə Omskdan Almaniyaya aparıld

Rusiyada müxalifət liderlərindən olan Aleksey Navalnı yerli vaxtla təxminən 8.00-da (Moskva vaxtı ilə 5.00) Omsk hava limanından Almaniyaya aparılıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, təyyarə saat 09.02-də (Moskva vaxtı ilə 11.02)

Berlinin “Schoenefeld” hava limanına çatacaq.Qeyd edək ki, Navalnı Berlin şəhərində yerləşən “Charite” klinikasında müalicəsini davam etdirəcək.

FlightRadar portalının məlumatına görə, uçuş “Bombardier Challenger 604” təyyarə reysilə həyata keçirilib.

***

04:11

Cümə axşamından bəri 1 nömrəli Omsk Təcili Tibbi Yardım xəstəxanasında olan Aleksey Navalnı Almaniyada müalicə olunmaq üçün hava limanına aparılıb.

APA TASS-a istinadən xəbər verir ki, o, paytaxt Berlin şəhərində yerləşən “Charite” klinikasında müalicəsini davam etdirəcək.

Qeyd edək ki, avqustun 21-i səhər saatlarında Navalnını "Charite" Berlin klinikasına çatdırmaq üçün Almaniyadan Omska bir xüsusi tibbi heyət gəlib.

Omsk Hava Limanının informasiya xidmətinin verdiyi məlumata görə, uçuş avqustun 22-i səhər saatlarına planlaşdırılıb.

Xatırladaq ki, ötən gün Tomskdan Moskvaya təyyarə ilə uçuş zamanı Navalnı özünü pis hiss edib. Bu səbəbdən təyyarə Omska təcili eniş edib. Müxalifət lideri huşsuz vəziyyətdə toksiki zəhərlənmə diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Onun komaya düşdüyü və süni nəfəs aparatına qoşulduğu bildirilmişdi.