Türkiyədə koronavirusa yoluxma artır: 22 nəfər öldü

Türkiyədə koronavirusdan ölənlərin sayında artım olub.
Oxu.Az xəbər verir ki, son sutkada daha 22 nəfər sözügedən xəstəlik səbəbindən dünyasını dəyişib.
Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca özünün “Twitter” səhifəsində yazıb.
Dövlət rəsmisi qeyd edib ki, son 24 saatda 93 007 şübhəli koronavirus testindən keçib, onlardan 1309-nun cavabı pozitiv çıxıb, ağır xəstə sayı 762 nəfər olub, 801  xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 257 032 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 6102 nəfər ölüb.
Nazir uzun müddətdir bir sutkada xəstəliyə yoluxma sayının sağalanlardan çox olmasını vurğulayaraq, tədbirlərə düzgün əməl edilməsinin vacibliyini vurğulayıb.