Moskvada koronavirusdan daha 11 xəstə ölüb


Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 11 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4731-ə çatıb.


Qeyd edək ki, Moskvada indiyədək təxminən 256,5 mindən çox insanda koronavirus aşkar olunub. Ümumilikdə təxminən 203,8 min xəstə sağalıb.