Türkiyədə sel qurbanlarının sayı 3-ə çatıb, 12 nəfər itkin düşüb - YENİLƏNİB


Türkiyənin Giresun vilayətində baş verən sel sularından 3 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirib.

Nazir deyib ki, sel fəlakətində ölənlərdən biri jandarma işçisidir. Eyni zamanda 5-i jandarma işçisi olmaqla, 12 nəfər də itkin düşüb

Bundan başqa, ümumilikdə 40–dək insanın da həyatının təhlükədə olduğunu bildirən S.Soylu xilasedici heyətin onları xilas etməyə çalışdığını söyləyib.

Qeyd edək ki, avqustun 22-i yerli vaxtla saat 15.00-dan Giresunun Dereli rayonunda  başlayan leysan yağışları nəticəsində Aksu çayı daşıb, sel və sürüşməyə yol aşıb.

***

saat 03.07

Türkiyənin Girəsun vilayətinə sel gəlib, 1 nəfər ölüb, 5 nəfər isə itkin düşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Girəsun bələdiyyə sədri Halil Çetin məlumat yayıb.

Bələdiyə sədri deyib ki, aramsız yağan leysan yağışlarından sonra Girəsunun bir çox rayonlarında çay daşqınları baş verib, təbii fəlakət nəticəsində xeyli ərazi su altında qalıb, əhali arasında biri ağır olmaqla yaralananlar var.