Yuliya Timoşenko koronavirusa yoluxub, vəziyyəti ağırdır


Ukraynanın sabiş Baş Naziri, parlamentdəki “Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenko yeni növ koronavirusa (COVİD-19) yoluxub.

APA-nın xəbərinə görə, bu barədə Y. Timoşenkonun mətbuat katibi Marina Soroka “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

M. Soroka Y. Timoşenkonun durumunun ağır olduğunu, hərarətinin 39 dərəcəyə çatdığını bildirib.