Dünyada koronavirusdan ölənlərin sayı 800 mini keçdi

Dünyada son sutkada koronavirusdan 5772 nəfər ölüb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, ölənlərin ümumi sayı artaraq 800 906-ya çatıb.

Son 24 saatda yoluxanların sayı 244 223 nəfər artaraq 23 057 288-ə çatıb.