Sakit okeanda 5,8 bal gücündə zəlzələ olub


Mayın 23-də Sakit okeanda, Filippinin cənub-qərbində, İndoneziyaya məxsus Talaud adaları rayonunda 5,8 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentrinin Filippinin Şərqi Davao adasında yerləşən Mati şəhərindən 265 kilometr cənub-qərbdə, ocağının 118 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Sunami xəbərdarlığı elan edilməyib.