Xarkov “Qrad” atəşinə tutulub, onlarla ölən var

Rusiya ordusu Ukraynanın Xarkov şəhərini “Qrad” atəşinə tutub.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Andrey Geraşenko feysbukda bildirib.
Məlumata görə, işğalçı qüvvələrin təcavüzü nəticəsində onlarla dinc sakin həlak olub, 100-dən çox yaralı var.
“Bu kabusu bütün dünya görməlidir”, - DİN rəsmisi vurğulayıb.