ABŞ-da atışma olub, 10 nəfər ölüb, 16 nəfər yaralanıb

ABŞ-da atışma olub.

APA-nın xəbərinə görə, bu barədə Los-Ancels polisi məlumat yayıb.

Los-Ancels yaxınlığında Monterey-Parkda naməlum kişi Çin təqvimi ilə yeni il qeyd edənləri atəşə tutub. Nəticədə 10 nəfər ölüb, 16 nəfər yaralanıb.

Atəş açan şəxs hələ ki, saxlanılmayıb.