Hələbdə yaşayış binası çöküb: Azı 15 nəfər həlak olub

Suriyanın ən böyük şəhəri Hələb yaxınlığında beşmərtəbəli yaşayış binasının uçması nəticəsində biri uşaq olmaqla, azı 15 nəfər həlak olub.

 Yaşayış binasında 30-a yaxın insanın yaşadığı bildirilib.

Binanın uçmasında səbəb kimi suyun sızması nəticəsində bünövrənin aşınması ehtimal edilir.