İstanbul Hava Limanına 24 dəqiqəyə getmək mümkün olacaq  - Ərdoğandan önəmli açıqlamalar 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kağıthane-İstanbul Hava Limanı metrosunun açılış mərasimində çıxış edib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Ərdoğanın açılış mərasimində önəmli açıqlamalar verib. 
Bildirilib ki, 8 dayanacaqlı metro xətti sayəsində Kağıthanedən İstanbul Hava Limanına 24 dəqiqəyə getmək mümkün olacaq. Metro xətti gündə 800 min sərnişinə xidmət göstərmək gücünə malikdir.

 Sərnişinlərin metroya rahat və etibarlı şəkildə çatması üçün girişdə 20 turniket var.

Metro xətti də orijinal dizaynı ilə seçilir. Metro xəttinin gözləmə zalları da hava limanına uyğunlaşdırılıb. Oturacaqlar təyyarə oturacaqları, məlumat ekranları isə təyyarə pəncərələri kimi dizayn edilib.

Turan