Aİ kiçik diplomatik heyətlə Nigerdə ​​varlığını qoruyub saxlayır

Avropa İttifaqı kiçik diplomatik heyətlə Nigerdə varlığını qoruyub saxlayır.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Peter Stano Brüsseldə keçirdiyi brifinqdə bildirib.

Stano əlavə edib ki, diplomatik heyətin nümayəndələrinin sayı təhlükəsizlik baxımından açıqlanmayıb.

Xatırladaq ki, bir müddət əvvəl Avropa Komissiyası Niger əhalisinə humanitar yardım göstərməyə davam etmələri üçün Aİ-nin xarici siyasət xidmətinin bir sıra əməkdaşlarını ölkədə saxlamaq niyyətində olduğunu açıqlayıb.