Rusiyada 17 nəfər şaurmadan zəhərləndi


Rusiyanın Vladimir şəhərində iaşə məntəqələrinə gələn 17 nəfər şaurmadan zəhərlənib.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un Vladimir vilayəti üzrə departamenti məlumat yayıb.
Belə ki, 17 nəfərdə kəskin bağırsaq infeksiyası faktı ilə bağlı sanitar-epidemioloji araşdırmaya başlanılıb.