24 illik evlilik... - Devid Bekhem xoşbəxtliyin sirrini açdı


  Ulduz futbolçu David Bekhem 24 ildir evli olduğu “Spice Girls” musiqi qrupunun sabiq üzvü Viktoriya Bekhemlə uzunömürlü evliliklərinin sirrini açıqlayıb. “Sherg.az" “NTV.com.tr”yə istinadən bildirir ki, David Bekhem “Hər zaman fərqli istiqamətlərə gedən 4 övladımız var, amma bir-birimizə zaman ayırmağa üstünlük vermək lazımdır. Biz hər zaman belə etdik və bu, deyəsən, işə yarayır”, söyləyib. Sabiq futbolçu xoşbəxt ailə həyatının sirlərindən danışıb. “İnter Mayami” klubunun sahibi D.Bekhem “The Telegraph” qəzetinə müsahibəsində Viktoria Bekhem ilə münasibətlərinə yer verib. Sabiq futbolçu evlilik həyatında tərəflərin bir-birinə güzəştə getməsini əsas şərt hesab etdiyini deyib: “Ailə həyatı bərabər sürdürülməlidir. Ailə, hər zaman qarşılıqlı fədakarlıq tələb edir. Evlilik çətindir, məşğul insanlarıq. Mən Viktoriyaya məşğul olduğumu deyirəm, o da mənə məndən daha artıq məşğul olduğunu söyləyir. Amma hər zaman bir-birimizə ayırmağa vaxt tapırıq. Gələcəkdə baba və nənə olacağımızdan danışırıq və bu bizi çox xoşbəxt edir”. Qeyd edilir ki, Devid Bekhemin həyatından bəhs edən "Bekhem" adlı sənədli film onlayn platformada yayımlanacaq. Filmin tanıtımında Devid Bekhemlə Viktoriyanın ilk tanışlıqları, münasibətlərini bir müddət gizli saxlamalarının yer aldığı görünüb. Viktoriya “menecerim mənə “bu münasibətləri gizli saxlamağa çalış”, deyə tövsiyə edirdi, biz də avtoparkda gizlicə görüşürdük”, söyləyib.